“Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin direktoru vəzifəsindən ayrılır.
Banker.az xəbər verir ki, bu, 2023-cü ilin dekabrından kredit təşkilatına rəhbərlik edən Fatimə Nuri Məmmədbağır qızıdır.
Onun yerinə hələ ki hər hansısa təyinat baş tutmayıb.
2023-cü ilədək isə BOKT-nin direktoru Azər Namazov Veysəl oğlu idi.
Xatırladaq ki, İDK 2011-ci ildə yaradılıb və 898 000 manat nizamnamə kapitalı var. BOKT-un təsisçisi 100 % Əliyar Əsgərovdur.
Bu il yanvarın 1-nə İDK-nın aktivləri 1 milyon 59 min manat olub ki, bu da illik müqayisədə 27,4 % azdır. Bunun 705 min manatı müştərilərə verilmiş kreditlərdir.







