Kapitallaşmaya görə ilk iki kriptovalyuta olan Bitcoin və Ethereum-un qiyməti yüksəliş nümayiş etdirir. Bu barədə Binance platformasının məlumatlarında bildirilir.
Bakı vaxtı ilə saat 05:28-ə olan məlumata görə, Bitcoin 2,68% bahalaşaraq 61,583 min dollar səviyyəsinə yüksəlib. Ethereum-un məzənnəsi isə 6,14% artaraq 1,708 min dollara çatıb.
CoinMarketCap platformasının 3 iyul tarixinə olan məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,13 trilyon dollar təşkil edib. Bunun 1,23 trilyon dolları və ya 57,9%-i Bitcoin-in, 206,87 milyard dolları və ya 9,7%-i isə Ethereum-un payına düşür.
CoinGlass platformasının məlumatına görə, son 24 saat ərzində dünya üzrə kriptobirjalarda 99 mindən çox treyderin ümumilikdə 458,26 milyon dollar dəyərində mövqeləri ləğv edilib (likvidasiya olunub).
Likvidasiyaların böyük hissəsi Bitcoin üzrə qeydə alınıb. Təxminən 157,53 milyon dollar həcmində likvidasiya uzun (long) mövqelərin, 301,41 milyon dolları isə qısa (short) mövqelərin payına düşüb.
Son 24 saat ərzində ən böyük likvidasiya əmri Hyperliquid kriptobirjasında ETH-USD cütlüyü üzrə qeydə alınıb və onun dəyəri 18,2 milyon dollar təşkil edib.







