“Hermes Finance” lizinq şirkətindəki payını azaldır – Səhmlər geri alınaraq ləğv ediləcək

“Hermes Finance” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı çağırılıb.

Banker.az xəbər verir ki, yığıncaq 03 avqust 2026-cı il tarixdə saat 10:00-da cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 36 ünvanında yerləşən inzibati binasının ofisində keçiriləcək.

Növbədənkənar Ümumi Yığıncağın gündəliyinə mühüm maliyyə məsələsi daxil edilib:

  • “Caspian Auto İmport” ASC-nin nizamnamə kapitalının 600 000 manatdan 200 000 manatadək azaldılması;

  • Bu məqsədlə, səhmdarlardan olan “Hermes Finance” ASC-nin hər biri 1 manat nominal dəyərində olan 400 000 ədəd səhminin geri satın alınaraq ləğv edilməsi məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, “Hermes Finance” 2018-ci ildə yaradılıb, lizinq fəaliyyəti ilə məşğul olan “Caspian Auto İmport” ASC-də 66.67%, “Level Leasing” MMC-də isə 38% pay sahibidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər