“Shell” Hindistandakı “yaşıl enerji” biznesini 1,8 milyard dollara satıb

Britaniyanın enerji şirkəti “Shell” neft-qaz sektoruna yenidən fokuslanma strategiyası çərçivəsində Hindistandakı külək və günəş enerjisi biznesini 1,8 milyard dollara yerli “Aditya Birla Renewables” şirkətinə satıb. Bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, neft-qaz şirkəti bərpaolunan enerji mənbələrinə yatırımlarını azaltmağa və diqqətini daha gəlirli istiqamətlərə yönəltməyə davam edir.

“Shell”in emal, bərpaolunan enerji və enerji həlləri bölməsinin rəhbəri Maxteld de Haan bildirib ki, şirkət elektrik enerjisi portfelini optimallaşdırır və daha rəqabətqabiliyyətli biznes qurur.

Daha əvvəl “Shell”in baş icraçı direktoru Vael Savan bildirmişdi ki, qlobal neft bazarında hər gün daha da dərinləşən 1 milyard barellik “boşluq” yaranıb. Onun sözlərinə görə, bu vəziyyət bəzi neft həcmlərinin “bloklanması və hasil edilməməsi” nəticəsində formalaşıb. Savan əlavə edib ki, bunun təsiri neft emalı sektorunda artıq aydın görünür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər