Neft qiymətləri son bir ayın maksimumuna yüksəlib

Neft qiymətləri çərşənbə axşamı ABŞ və İran arasında hərbi gərginliyin artması fonunda təxminən 3% bahalaşaraq son dörd həftənin ən yüksək səviyyəsinə çatıb.

Banker.az xəbər verir ki, ABŞ-ın İrana qarşı dəniz blokadasını yenidən tətbiq etməsi və Hörmüz boğazında qarşıdurmanın dərinləşməsi qlobal enerji tədarükü ilə bağlı narahatlıqları artırıb.

Bakı vaxtı ilə 09:30-a olan məlumata görə, Brent markalı neftin fyuçersləri 1,8% bahalaşaraq bir barel üçün 84,80 dollara, WTI markalı ABŞ xam nefti isə 2,2% artaraq 79,84 dollara yüksəlib. Brent əvvəlki sessiyada da 9,6% bahalaşaraq 2020-ci ilin mayından bəri ən böyük gündəlik artımı qeydə almışdı.

ABŞ ordusu bazar ertəsi ardıcıl üçüncü gecə İrana zərbələr endirib. Prezident Donald Tramp İran gəmilərinə qarşı blokadanı bərpa etdiyini açıqlayıb və Hörmüz boğazının mühafizəsi üçün 20%-lik rüsum təklif edib.

“KCM Trade”in baş bazar analitiki Tim Waterer bildirib ki, son eskalasiya bazara yeni geosiyasi risklər əlavə edib və neft tədarükü ilə bağlı qeyri-müəyyənliyi artırıb.

BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, Omanın ərazi sularında iki BƏƏ tankerinə İranın raket zərbələri endirilib. Hadisə nəticəsində bir ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb. Eyni zamanda, Hörmüz boğazından keçən tanker sayı son iki ayın ən aşağı səviyyəsinə enib ki, analitiklər bunu neft bazarı üçün əsas risk amili kimi qiymətləndirirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər