“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də yeni kadr təyinatı həyata keçirilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Ozal Talıblı şirkətin Maliyyə, İnvestisiya və Əməliyyatlar üzrə blokun rəhbəri vəzifəsinə təyin edilib.
Ozal Talıblı bu təyinata qədər 2024-cü ilin oktyabr ayından etibarən “Bank of Baku” ASC-də Xəzinədarlıq departamentinin müdiri vəzifəsində çalışıb.
Bundan əvvəl o, 2023–2024-cü illərdə “Azərpoçt” MMC-də Xəzinədarlıq departamentinə rəhbərlik edib. 2020–2023-cü illərdə “PAŞA Həyat Sığorta” ASC-də İnvestisiyaların idarəedilməsi şöbəsinin müdiri, 2018–2020-ci illərdə isə “PAŞA Sığorta” ASC-də İnvestisiyaların idarəedilməsi xidmətinin rəhbəri vəzifəsini icra edib.
Karyerası ərzində Talıblı 2015–2018-ci illərdə Azərbaycan Mərkəzi Bankında investisiya mütəxəssisi kimi fəaliyyət göstərib. O, həmçinin Azərbaycan Dövlət Neft Fondunda və Mərkəzi Bankda təcrübə proqramlarında iştirak edib.
Akademik fəaliyyətlə də məşğul olan Ozal Talibli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) korporativ maliyyə, Bakı Mühəndislik Universitetində isə investisiya təhlili, bank işi və sığorta fənləri üzrə mühazirə edib.
Ozal Talıblı Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə bakalavr, Webster Vienna Private University-də maliyyə üzrə magistr təhsili alıb.







