ABŞ-də benzinin qiyməti son bir ayda ilk dəfə 4 dolları ötüb

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda ABŞ-də benzinin qiyməti yenidən bir qallon üçün 4 dollar həddini keçib. Bu, dünyada avtomobil yanacağı qıtlığını daha da gücləndirə və inflyasiyanın artmasına səbəb ola bilər.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, adi qurğuşunsuz benzinin orta qiyməti bir qallon üçün 4,003 dollara çatıb. Beləliklə, qiymət bir ay ərzində 4 dollar səviyyəsindən aşağı qaldıqdan sonra yenidən bu həddi ötüb. Hörmüz boğazında tankerlərə hücumlardan və Küveytdəki neft emalı zavoduna zərbədən sonra neft qiymətləri kəskin yüksəlib.

İyun ayında neftin qiymətinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, benzinin qiyməti yüksək olaraq qalıb və bir qallon üçün 3,79 dollara qədər enib. İyulun əvvəlində isə Rusiyada neft emalı güclərinin azalması, ABŞ-yə idxalın aşağı səviyyədə olması və yay mövsümündə tələbin sabit qaldığı bir vaxtda benzin ehtiyatlarının məhdudluğu səbəbindən qiymətlər yenidən artmağa başlayıb.

ABŞ və İran arasında münaqişənin kəskinləşməsi və zərbələrin miqyasının genişlənməsi fonunda strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə enerji resurslarının tədarükündə uzunmüddətli fasilələr riski artır. Bu, benzinin maya dəyərinin yarıdan çoxunu təşkil edən neftin qiymətində aprel ayından bəri ən böyük həftəlik artıma səbəb olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər