Tramp Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı sazişi təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstəyini nəzərdə tutan sazişi rəsmi şəkildə təsdiqləyib. Bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

30 il müddətinə nəzərdə tutulan yeni saziş çərçivəsində on milyardlarla dollar vəsait ayrılması planlaşdırılır. Nüvə infrastrukturunun inkişafında əsas rol Amerika şirkətlərinə veriləcək. Sazişin əsas müddəalarından biri tərəflərin bunu məqsədəuyğun hesab edəcəyi təqdirdə Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi obyektinin tikilməsini nəzərdə tutur.

Gözlənilir ki, saziş yaxın günlərdə baxılması üçün ABŞ Konqresinə təqdim olunacaq.

Bundan əvvəl CNN telekanalı ABŞ administrasiyasının sazişi ilkin mərhələdə təsdiqlədiyini bildirmişdi. Məlumata görə, sənəd müəyyən məhdudiyyətləri ehtiva etsə də, onların nədən ibarət olacağı hələ açıqlanmayıb. CNN-in qeyd etdiyi kimi, layihə Səudiyyə Ərəbistanını Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə təminatlar haqqında sazişə əlavə protokol imzalamağa məcbur etmir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər