Böyük Britaniya tamamilə elektron vizalara keçib

Böyük Britaniya 2026-cı ilin iyul ayından etibarən immiqrasiya statusunun təsdiqi üçün tamamilə elektron sistemə keçərək pasporta yapışdırılan viza stikerlərinin verilməsindən imtina edib.

Sənədə əsasən, elektron vizalar (eVisa) viza sahibləri üçün ölkəyə giriş və orada qalmaq hüququnun təsdiqinin əsas forması olub.

“2026-cı ilin iyul ayından etibarən yeni müraciət edənlər üçün pasporta yapışdırılan viza stikerlərinin verilməsi dayandırılır”, – diplomatik nümayəndəliyin məlumatında deyilir.

Bununla yanaşı, əvvəllər verilmiş və etibarlılıq müddəti başa çatmamış viza stikerləri müddəti bitənədək qüvvədə qalacaq və onlarla Böyük Britaniyaya səfər etmək mümkün olacaq. Rəqəmsal sistemə tam keçiddən sonra ölkə artıq pasportlarda kağız viza rəsmiləşdirməyəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər