Turizm sahəsində hansı dəyişikliklər olacaq?

Azərbaycanda ilk dəfə turizm haqqında dövlət proqramı hazırlanıb.

Sənəddə nəqliyyat əlçatanlığının artırılması, eləcə də turizm infrastrukturunun inkişafı üçün subsidiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Yeni turizm proqramı ilə standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri yaradılacaq.

Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, 2026-2030-cu illəri əhatə edən Turizmin İnkişafına dair Dövlət Proqramı artıq təsdiq mərhələsindədir. Ekspert bu proqramın turizmin hansı sahələrini əhatə edəcəyini açıqlayıb.

Proqram çərçivəsində beynəlxalq hava əlaqələrinin genişləndirilməsinin təşviqi və vizasız rejimin tətbiqi əsas prioritetlər sırasında yer alır. Eyni zamanda regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının artırılması da proqramın mühüm istiqamətlərindən biridir.

Qeyd  olunub ki, yeni standartlaşdırma ilə Azərbaycanda yaxın illərdə turist sayının 5-6 milyona çatdırılması hədəflənir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər