NYT: Tramp İranla bağlı üç mümkün ssenarini nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin inkişafı üçün üç əsas ssenarini nəzərdən keçirir: hərbi eskalasiya, iqtisadi təzyiqin gücləndirilməsi və ya qələbə elan edərək münaqişədən çıxmaq. Bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, son həftələr Tramp bu variantları vitse-prezident Cey Di Vens, Pentaqonun rəhbəri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, iş adamı Cared Kuşner və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə müzakirə edib. NYT qeyd edir ki, hər üç ssenari ciddi risklərlə müşayiət olunur.

Nəşrin məlumatına görə, bəzi müşavirlər xəbərdarlıq ediblər ki, hərbi eskalasiya və İran infrastrukturuna daha genişmiqyaslı zərbələr mülki əhali arasında böyük itkilərə səbəb ola, eyni zamanda ABŞ-nin raket əleyhinə müdafiə sistemləri üçün istifadə olunan raket ehtiyatlarını azalda bilər.

İrana qarşı sərt sanksiyaların və neft ixracına blokadanın bərpası isə nəticəni yalnız uzun müddətdən sonra verə bilər və ABŞ-nin regionda bahalı, daimi hərbi mövcudluğunu tələb edər. Digər tərəfdən, Vaşinqton münaqişədən çıxacağı təqdirdə, Tehran zənginləşdirilmiş uranı və Hörmüz boğazına nəzarət imkanını əlində saxlaya bilər.

İyulun 25-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazına endirilən zərbələri dayandıraraq hücumların davam etdirilməsini səmərəsiz hesab etdiyini bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə tərəflərin vasitəçilər vasitəsilə danışıqlar apardığını açıqlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər