İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında qida məhsullarının çeşidləndirilməsi və qablaşdırılması layihəsi həyata keçiriləcək.
Bu barədə agentlikdən bildirilib.
Məlumata əsasən, bu məqsədlə “FT Uerxauzinq Kompani” MMC-yə Parkın rezidenti statusu verilib.
İnvestisiya dəyəri 18,5 milyon manat olan layihəsi çərçivəsində 100 yeni iş yerinin yaradılması planlaşdırılır.
Sumqayıt Sənaye Parkında bu günə qədər ümumi investisiya həcmi 6,8 milyard manat olan 42 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər Parka 5,7 milyard manatdan çox investisiya yatırıb və nəticədə 6 000-dən artıq daimi iş yeri yaradıb.







