Tramp və Zelenski bu gün Ağ Evdə görüşəcək

ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenski ilə Ağ Evdə görüşü iyulun 28-də, Bakı vaxtı ilə saat 17:30-da keçiriləcək. Bu, bazar ertəsi yayımlanan ABŞ prezidentinin iş qrafikindən məlum olub.

Görüşün Ağ Evin Oval kabinetində jurnalistlər üçün qapalı formatda keçirilməsi planlaşdırılır.

Vaşinqton administrasiyasının nümayəndələri daha əvvəl bildirmişdilər ki, Tramp və Zelenskinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.

İş qrafikinə əsasən, Tramp Bakı vaxtı ilə saat 19:00-da Oval kabinetdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşəcək. Bu görüşün də jurnalistlər üçün qapalı formatda keçirilməsi nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər