Böyük Britaniyada milyonçuların sayı ən azı 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyəyə düşüb. Bu barədə Adam Smit İnstitutunun araşdırmasında bildirilir.
İnstitutun hazırladığı “milyonçu göstəricisi”nə əsasən, 2021-ci ildə Böyük Britaniyada sərvəti 1 milyon funt sterlinqdən çox olan 1 milyondan artıq insan yaşayırdı. Son beş ildə isə bu rəqəm 422 min nəfərə qədər azalıb ki, bu da 2008-ci ilin səviyyəsinə uyğundur.
Araşdırmada qeyd olunur ki, bunun əsas səbəbləri yüksək faiz dərəcələri, ölkə iqtisadiyyatına inamın zəifləməsi, real aktivlərin dəyərinin azalması, yüksək vergi yükü və vergilərin daha da artırılması ehtimalı, eləcə də digər iqtisadi amillərdir.
Tədqiqat müəllifləri vurğulayıblar ki, varlı insanların ölkəni tərk etməsi Böyük Britaniya üçün ciddi risk yaradır. Onların fikrincə, milyonçular iqtisadi artımın mühüm hərəkətverici qüvvələrindən biri olub və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə veriblər.







