Sabirabad Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Həsən Hüseynov külli miqdarda mənimsəmədə ittiham olunur.
İttihama görə, Həsən Hüseynov Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə etməklə 186 min manat mənimsəməyib. O, istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.
Həsən Hüseynovun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Cavid Səfərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının sabiq direktoru Həsən Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ilkin xəbəri “Qafqazinfo” yayıb.
Xatırladaq ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.






