Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək

Azərbaycanda bəzi özəl şirkətlər üçün ƏDV depozit hesablarındakı vəsaitlərin bir hissəsinin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yönəldilməsi imkanı yaradılacaq.

Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sənədə əsasən, yeni mexanizm 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində tətbiq olunacaq. Mexanizmin tətbiq qaydaları və şərtləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev həmçinin qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabineti neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülməsi qaydasını və şərtlərini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər