Avropa Komissiyası (AK) Ukraynaya 90 milyard avroluq proqram çərçivəsində yeni tranş kimi 3,47 milyard avro ayırıb. Vəsait zərbə PUA-ları, raketlər və qırıcı təyyarələrin alınmasına yönəldiləcək. Bu barədə AK-nin bəyanatında deyilir.
“Avropa Komissiyası bu gün 90 milyard avroluq maliyyələşdirmənin hərbi hissəsi çərçivəsində Ukraynaya 3,47 milyard avro ayırıb”, – bəyanatda bildirilir.
Qeyd olunur ki, bu tranş uzaqmənzilli reaktiv pilotsuz uçuş aparatları da daxil olmaqla PUA-ların, raketlərin və İsveç istehsalı olan Gripen qırıcılarının alınmasını maliyyələşdirəcək.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen X sosial şəbəkəsində yazıb ki, hücum silahlarının tədarükü planı Ukrayna səmasının və insanların müdafiəsinə dəstək məqsədi daşıyır.






