Numbeo platforması işə gedib-gəlmək üçün sərf olunan vaxt indeksinə görə 305 şəhərin reytinqini dərc edib. Anti-reytinqə 68,3 balla Nigeriyanın Laqos şəhəri başçılıq edir. Bu şəhərdə sakinlər işə çatmaq üçün ən çox vaxt sərf edirlər. Reytinqin son pillələrində isə işə ən qısa müddətdə çatmağın mümkün olduğu şəhərlər yer alıb.
İlk beşliyə həmçinin San-Xose (Kosta-Rika) – 63,3, Dəkkə (Banqladeş) – 60,2, Kəlküttə (Hindistan) – 59,4 və Kolombo (Şri-Lanka) – 59,3 daxildir.
İşə gediş-gəlişin ən çox vaxt apardığı ilk on şəhəri Dehli (57,4), Şarja (57,2), Los-Anceles (57,1), Mumbay (55,2) və Banqalor (53,6) tamamlayır. Bakı şəhəri 37,9 balla 105-ci yeri tutub.
Rusiya şəhərləri arasında ən yüksək göstərici Krasnodara məxsusdur. Şəhər 51,8 balla dünyada 15-ci yeri tutub. Moskva 50,5 balla 22-ci yerdə qərarlaşıb.
Rusiyada işə ən tez çatmağın mümkün olduğu şəhər Nijni Novqorod olub. O, 27,1 balla reytinqdə 259-cu yeri tutub.
Reytinqin sonunda Xorvatiyanın Riyeka (17,0) və Split (16,0), eləcə də Avstriyanın Fillax (16,0) şəhərləri qərarlaşıb. Onlar işə gediş-gəliş vaxtının ən qısa olduğu şəhərlər hesab olunur. İlk beşliyə həmçinin Novi Sad (Serbiya) – 18,0 və Qroningen (Niderland) – 19,2 daxildir.







