10 C
Baku
Wednesday, December 11, 2024

“Zaminbank”: Atılacaq addımlar bu həftə məlum olacaq

“Zaminbank” ASC-nin Maliyyə Bazarlarına Nəzarət Palatasının məlum qərarı ilə bağlı hansı addımlar atacağı hələ ki, məlum deyil. Bunu açıqlamasında Bankın İdarə Heyətinin üzvü Orxan Quliyev deyib.

Onun sözlərinə görə, Bankın səhmdarları növbəti addımları bu həftə müəyyən edəcəklər.

Xatırladaq ki, ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası 4 kommersiya bankının (“Zaminbank”, “Dekabank”, “Kredobank” və “Parabank”) lisenziyasının ləğvi ilə bağlı qərar qəbul edib.

“Zaminbank” 1992-ci ildən fəaliyyət göstərib. Onun nizamnamə kapitalı 52,182 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 260 909 səhm əsasında formalaşıb. Səhmlər 3 fiziki şəxsə məxsusdur./Report

Son xəbərlər
Digər xəbərlər