MİDA-da yeni təyinat olub

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, Şöhrət Süleymanlı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-də Güzəştli Mənzil Departamentinin müdiri vəzifəsinə təyin edilib.

O, 2026-cı ilin aprel ayından iyul ayına kimi Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdir müavini olub. 2024-cü ilin aprel ayından 2026-cı ilin aprel ayına qədər MİDA-da Beynəlxalq əlaqələr və investisiyaların təşviqi sektorunun rəhbəri vəzifəsində çalışıb, eyni zamanda 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji fəaliyyətlə məşğuldur.

Ş. Süleymanlı 2015-2019-cu illərdə UNEC-də Dünya iqtisadiyyatı ixtisası üzrə, 2017-2018-ci illərdə Türkiyənin Hacettepe Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsili alıb, 2019-2022-ci illərdə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) İqtisadi-riyazi modelləşdirmə ixtisası üzrə magistr dərəcəsi əldə edib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər