Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində “Eliko” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Banker.az xəbər verir ki, nəzarət prosesi zamanı valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.
Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən işə baxılıb.
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Eliko” MMC-nin vəzifəli şəxsi 1 000 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, “Eliko” MMC 2020-ci ildə təsis edilib və həmin tarixdə ilk lisenziya qazanan valyuta dəyişmə məntəqəsidir. Yarandığı gündən şirətə direktorluğu Kazımov Ramil Adil oğlu edir. Hazırda 900 min manat nizamnamə kapitalı var.






