SK Hynix tarixində ən böyük səhm geri alışı (buyback) proqramını elan edib. Bloomberg yazır ki, şirkət 24 milyon səhmi ümumilikdə 29 milyard dollara geri alacaq. Qərar səhmlərin son iki ayda 50%-dən çox ucuzlaşmasından sonra verilib.
Şirkət səhmdarlara ödənişlərlə bağlı hədəfini də artırıb. Yeni siyasətə əsasən, 2025–2027-ci illər üzrə məcmu sərbəst pul axınının 50%-dən çoxu səhmdarlara yönəldiləcək.
JPMorgan-un hesablamasına görə, SK Hynix 2027-ci ilin sonunadək səhmdarlara əlavə olaraq “ən azı” 130 milyard dollar ödəyə bilər. Bu xəbərlər fonunda şirkətin səhmləri 13% bahalaşıb.
Bundan əlavə, SK Hynix həmkarlar ittifaqı ilə əməkhaqlarının təxminən 6% artırılması və bonus sisteminin dəyişdirilməsi barədə ilkin razılaşma əldə edib.
Yeni mexanizmə əsasən, bonusların 40%-i pul şəklində, qalan 60%-i isə səhmlərlə ödəniləcək. Əvvəllər əməkdaşlara mənfəətin bölüşdürülməsi proqramı çərçivəsində ödənişlər yalnız nağd şəkildə verilirdi.
2026-cı ilin avqust ayının əvvəlində Samsung və SK Hynix səhmdarları süni intellekt bumu fonunda rekord gəlirləri nəzərə alaraq dividendlərə daha çox vəsait ayrılmasını tələb etmişdilər. Onlar həmçinin şirkətlərin səhm geri alışı proqramları keçirməsini dəstəkləyirdilər.







