“Ekolizinq” MMC 2026-cı ilin ilk 6 ayını 82 328 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə (41 675 manat) müqayisədə 2 dəfə artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə “Ekolizinq” MMC-nin əsas əməliyyat gəlirləri illik müqayisədə 26% artaraq 235 877 manatdan 296 min 577 manata yüksəlib. Şirkət həmçinin bu dövrdə 11 830 manat sair əməliyyat gəliri əldə edib.
Şirkətin kommersiya xərcləri 108 356 manatdan 115 596 manata, inzibati xərclər isə 75 427 manatdan 89 900 manata çatıb.
Xatırladaq ki, “Ekolizinq” 2014-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.







