Azərbaycanın qeyri-neft ixracının 71%-i cəmi 5 ölkənin payına düşür

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanın qeyri-neft ixracının böyük hissəsi məhdud sayda bazarda cəmləşib.

Banker.az-ın məlumatına görə, Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukraynaya ümumilikdə 1,787 milyard dollar dəyərində qeyri-neft məhsulu ixrac olunub.

Bu, həmin dövrdə 2,5 milyard dollar təşkil edən ümumi qeyri-neft ixracının təxminən 71,5%-nə bərabərdir.

Ən böyük bazar Rusiya olub. Bu ölkəyə 731,7 milyon dollarlıq məhsul göndərilib və Rusiyanın ümumi qeyri-neft ixracındakı payı təxminən 29,3% təşkil edib. Türkiyənin payı 15,6%, Gürcüstanın 13,1%, İsveçrənin isə 10,1% olub.

İyulda konsentrasiya daha yüksək olub. Ay ərzində beş əsas bazara 280,9 milyon dollarlıq məhsul göndərilib ki, bu da aylıq qeyri-neft ixracının təxminən 73%-nə bərabərdir. Təkcə Rusiyanın payı 35%-dən çox olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər