Norveç kralı V Harald 89 yaşında Oslodakı xəstəxanada vəfat edib. Bu barədə Norveç Kral Evinin mətbuat xidməti məlumat yayıb.
“Kral V Harald vəfat edib. Dərin kədər hissi ilə bildiririk ki, Əlahəzrət Kral Harald bu gün dünyasını dəyişib”, – məlumatda deyilir.
89 yaşlı Norveç kralı V Harald avqustun 17-də infeksiya və hemolitik anemiyanın ağırlaşmaları səbəbindən xəstəxanaya yerləşdirilmişdi. O vaxtdan etibarən xəstəxananı tərk etməmişdi.
Avqustun 27-də Kral Evi monarxın səhhətinin pisləşdiyini və vəziyyətinin “çox ağır” qiymətləndirildiyini açıqlamışdı.
Qlükksburq sülaləsinin nümayəndəsi olan V Harald 1991-ci ildən Norveç taxtında idi. Taxt onun 53 yaşlı oğlu vəliəhd şahzadə Haakona keçəcək.







