Rusiya vəsait çatışmazlığı fonunda büdcə xərclərini 35% azaldıb- Bloomberg

Rusiyada maliyyə vəsaitlərinin çatışmazlığı hökuməti büdcə xərclərinin bir hissəsini azaltmağa məcbur edib. Bloomberg-in məlumatına görə, apreldən etibarən ölkədə sərt qənaət rejimi tətbiq olunur. Banker.az bunu Bloomberg agentliyinə istinadən xəbər verir.

Buna səbəb Maliyyə Nazirliyinin bütün öhdəliklərin vaxtında maliyyələşdirilməsi üçün vəsait çatışmazlığı barədə hökuməti xəbərdar etməsi olub.

Federal Xəzinədarlığın vahid hesabında yaranan kəsir 5,5 trilyon rubla çatıb. Nəticədə hakimiyyət bir sıra büdcə istiqamətləri üzrə maliyyələşməni 35%-ə qədər azaldıb. Bununla belə, ixtisarlar müharibə xərclərinə, hərbçilərin və dövlət qulluqçularının maaşlarına, sosial proqramlara, regionlara dəstəyə və dövlət borcuna xidmət xərclərinə şamil edilməyib.

Federal qurumlara həmçinin işçi sayını 15% azaltmağa hazırlaşmaq və zəruri olmayan xərcləri təxirə salmaq tapşırılıb. Bu addımlar Rusiyanın artan büdcə təzyiqi ilə üzləşdiyini göstərir.

Ölkənin büdcə kəsiri artıq 6,5 trilyon rubla, yaxud ÜDM-in 2,8%-nə çatıb. Bu göstərici əvvəlcədən nəzərdə tutulan 1,6%-lik kəsirdən xeyli yüksəkdir. Maliyyə Nazirliyi 2027-ci ildə büdcə kəsirinin ÜDM-in 3,2-3,8%-i səviyyəsində ola biləcəyini istisna etmir.

Bloomberg yazır ki, Rusiya müharibəni maliyyələşdirmək üçün Milli Rifah Fondunun ehtiyatlarından istifadəni davam etdirir və daxili borclanmanı artırır. Lakin yüksək faizlə cəlb olunan borcun artması dövlət maliyyəsi üzərində əlavə yük yaradır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər