Azərbaycanda 5 şirkət ləğv olunur

Azərbaycanda 5 yol istismarı şirkəti ləğv olunduğunu elan etdi.

Banker.az xəbər verir ki, Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən 5 məhdud məsuliyyətli cəmiyyəti (MMC) ləğv olunduğunu rəsmən bəyan edib.

Ləğv prosesinə başlayan şirkətlər aşağıdakılardır:

  • “19 №-li Yol İstismarı” MMC  – Kreditorlar tələblərini iki ay ərzində AZ6600, Yevlax şəhəri, Yevlax rayonu, Yevlax-Ağdam yolu 14 ünvanına bildirə bilərlər.

  • “18 №-li Yol İstismarı” MMC – Kreditor iddiaları iki ay müddətində AZ0300, Ağdaş şəhəri, Ağdaş rayonu, İsmayıl Şıxlı küçəsi, ev 2-ci döngə, mənzil 9 ünvanında qəbul olunur.

  • “16 №-li Yol İstismarı” MMC – Tələblər iki ay ərzində AZ0600, Ağsu şəhəri, Ağsu rayonu, Meliorator qəsəbəsi ünvanına təqdim edilməlidir.

  • “7 №-li Yol İstismarı” MMC – Kreditorlar iki ay ərzində AZ3700, Qobustan şəhəri, Qobustan rayonu ünvanına müraciət edə bilərlər.

  • “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – Kreditor tələbləri iki ay müddətində AZ5600, Şamaxı şəhəri, Şamaxı rayonu, Qaçaq Nəbi küçəsi, ev 11 ünvanında qəbul edilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər