ABB-də işçi sayı 4 mini ötdü

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) əməkdaşlarının sayını artırmağa davam edir.

Banker.az bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir.

31 dekabr 2023-cü il tarixində bankda 3 494 nəfər çalışdığı halda, 2024-cü ilin ortalarında (30 iyun) bu göstərici 3 746 nəfərə, ilin sonunda (31 dekabr) isə 3 902 nəfərə yüksəlib.

Artım dinamikası növbəti illərdə də davam edib. 2025-ci ilin iyun ayının sonuna bank işçilərinin sayı 3 991 nəfərə çatıb, həmin ilin yekununda (31 dekabr 2025) isə 4 000 həddini keçərək 4 074 nəfər təşkil edib.

2026-cı ilin birinci yarısının nəticələrinə görə (30 iyun 2026), ABB-də çalışanların sayı 4 075 nəfərə çatıb.

Bildirək ki, bankın xidmət şəbəkəsi 79 filial, 8 şöbədən, 1067 bankomatdan və 24 mindən artıq olan POS-terminaldan ibarətdir.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər