Azərbaycanda bankların manatla müddətli əmanətlər üzrə təkliflərində ən yüksək gəlirlilik illik 11,5%-ə çatır.
Banker.az-ın 2026-cı ilin sentyabr ayı üzrə müqayisəsinə görə, ən yüksək faiz təklifini “Yelo Bank” verir. Bankda 18 aylıq əmanət üzrə müddətin sonunda faiz ödənişi seçildikdə gəlirlilik 11,5%, aylıq ödənişdə isə 11% təşkil edir.
Yüksək faiz təklif edən banklar sırasında “Bank VTB” də seçilir. Bank 18 aylıq əmanət üzrə müddətin sonunda 11,25%, aylıq ödənişdə isə 11% faiz təklif edir. “Bank VTB”də 12, 24 və 36 aylıq əmanətlər üzrə də müddətin sonunda gəlirlilik 11%-ə çatır.
“Expressbank” 18, 24 və 36 aylıq, “TuranBank” 24 və 36 aylıq, “Yelo Bank” isə 12 və 24 aylıq əmanətlər üzrə müddətin sonunda 11%-dək faiz təklif edir.







