OPEC: İyulda BTC ilə neft ixracı 8 % azalıb

Bu ilin iyul ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 503 min barel təşkil edib.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilib.

Bu ilin iyun ayı ilə müqayisədə iyul ayında BTC ilə neft nəqli % və ya gündəlik 44 min barel azalıb.

Ümumilikdə, bu ilin iyulunda BTC boru kəməri ilə neft nəqli keçən ilin iyul göstəricisinə nisbətən % və ya 14 min barel/gün azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər