ASCO rəsmisi: “Xəzərin səviyyəsi hər il 15-20 santimetr enir”

“Bu gün gəmi-bərələrimiz Qazaxıstandan yükün yalnız 80 faizini götürə bilir”.

Bu fikirləri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) davamlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli deyib.

Qurum rəsmisi bildirib ki, onlar yükün 20 faizini itirirlər, yəni bunun maliyyə təsiri var:

“Bu yalnız bizim gəmiçilik üçün deyil, müştərilərimiz üçün də problemdir.

Dəniz donanması üçün isə vəziyyət daha pisdir. Çünki bizim ehtiyat, təchizat və geoloji gəmilərimiz var. Platformaların ətrafında fəaliyyət göstərən bu cür gəmilərlə biz Xəzərdəki iri neft şirkətlərinə xidmət göstəririk. Eyni vəziyyət Türkmənistanda və Qazaxıstanda, eləcə də Ələt limanında baş verir. Biz gəmiləri tam yükləyə bilmirik. Əvvəllər kəsilmiş köhnə qazma qurğularının sualtı dirəkləri ilə bağlı problemlər var ki, bu da gəminin gövdəsinin zədələnməsi riski yaradır. Bütün bunlar gündəlik olaraq təkcə ASCO üçün deyil, Xəzər hövzəsindəki hər bir bazar iştirakçısı üçün çətinlikdir. Əsas risk və əsas problemimiz budur. Biz gündəlik rejimdə gəmilərimizi daha təhlükəsiz idarə etməyə çalışırıq. Amma bu bizim üçün riskdir və qeyd etdiyim kimi, hər gün qarşılaşdığımız bir çox çətinliklər var, hansı ki, üç-dörd il əvvəl başlayıb”.

Ə.Əzizli əlavə edib ki, hər il suyun səviyyəsi 15-20 santimetr enir.

MənbəOXU.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər