“Həsən Holding” MMC 2025-ci ili 122,7 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildəki 183,9 min manatla müqayisədə 33,3% azdır. Banker.az xəbər verir ki, şirkətin balansında bölüşdürülməmiş mənfəət isə 26,2% artaraq 509,6 min manatdan 643 min manata yüksəlib.
Şirkətin gəlirləri 2025-ci ildə 14,4% azalaraq 3 milyon manata düşüb. Bir il əvvəl bu göstərici 3,5 milyon manat idi. Satışın maya dəyəri 28,2% azalaraq 1,9 milyon manat təşkil edib, nəticədə ümumi mənfəət 30,4% artaraq 1,1 milyon manata çatıb. Ümumi və inzibati xərclər 53,7% artaraq 917,8 min manat olub. Əməliyyat mənfəəti isə 30,5% azalaraq 158,9 min manata düşüb.

“Həsən Holding”in aktivləri ilin sonunda 3,9 milyon manat olub və illik 2,5% artıb. Öhdəliklər 0,9% azalaraq 3 milyon manata düşüb, kapital isə 17,6% artaraq 820,8 min manata çatıb. Debitor borcları 33% artaraq 1,1 milyon manat, ticarət və digər kreditor borcları 0,3% artaraq 2,6 milyon manat olub. Pul vəsaitləri 48% azalaraq 89,6 min manata, ehtiyatlar 21,5% azalaraq 610 min manata düşüb. Digər aktivlər 2,5% azalaraq 1,8 milyon manat təşkil edib.
Şirkətin uzunmüddətli öhdəlikləri həm 2024, həm də 2025-ci ilin sonunda sıfır olub, qısamüddətli öhdəliklər isə 0,9% azalaraq 3 milyon manat təşkil edib. Əsas vəsaitlərin balans dəyəri 107,1% artaraq 224,7 min manata yüksəlib, qeyri-maddi aktivlər 59,8 min manat səviyyəsində dəyişməyib. Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaiti 38,9% azalaraq 89,8 min manat olub. İnvestisiya fəaliyyətinə yönəlmiş xalis pul çıxışı isə 10,9 min manatdan 172,4 min manata yüksələrək təxminən 15,8 dəfə artıb.
Xatırladaq ki, “Həsən Holding” MMC 16 avqust 2004-cü ildə dövlət qeydiyyatına alınıb və əsas fəaliyyət sahəsi mənzərələrin dəyişdirilməsi üzrə xidmətlərin göstərilməsidir. Şirkətin nizamnamə kapitalı 1 000 manatdır. Kapitalın 70%-i Mətanət Pənahovaya, 6%-i “Medservis” özəl tibb mərkəzinə, 6%-i “Gənclik” idman-sağlamlıq mərkəzi ictimai birliyinə, 6%-i “Həsən” KFT-yə, 6%-i “Arslan” firmasına və 6%-i “Yantar” KM-ə məxsusdur. “Həsən Holding” həmçinin “EMC” MMC-nin kapitalında 52% paya malikdir.







