Azərbaycanda 19 yeni modul məktəb quraşdırılacaq -12 milyon manatlıq layihə

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 11.7 milyon manatdan çox iki iri tender elan edib.

Banker.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə yeni modul və konteyner tipli məktəb binalarının quraşdırılması məqsədilə iki açıq tender müsabiqəsi keçirir.

Dövlət satınalmaları portalında yer alan məlumatlara əsasən, elan edilən tenderlərin ümumi ehtimal olunan qiyməti 11 700 823 manat təşkil edir.

Birinci tender çərçivəsində respublika ərazisində 9 ədəd modul tipli binanın quraşdırılması nəzərdə tutulur və bu müsabiqə üzrə ehtimal olunan qiymət 5 517 069 manat müəyyən edilib.

İkinci layihə isə respublika üzrə 10 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərini əhatə edir ki, bu tenderin də ehtimal olunan dəyəri 6 183 755 manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər