Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.
Banker.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Hakan Fidanın ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxlərlə görüşləri nəzərdə tutulub.
Məlumatda qeyd olunub ki, görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində 15 milyard dollarlıq ümumi ticarət dövriyyəsi hədəfinə çatmaq üçün görüləcək işlər, enerji və nəqliyyat sahələrində ortaq gündəm və layihələr müzakirə ediləcək.
Həmçinin Hakan Fidanın səfəri çərçivəsində Türkiyənin yaxın zamanda ev sahibliyi edəcəyi TDT-nin 13-cü Zirvə görüşü və COP31 ilə bağlı məsləhətləşmələrin aparılması nəzərdə tutulur.







