Azərbaycan və Türkiyə Afrikada birgə layihələr həyata keçirəcək

Azərbaycan və Türkiyə Afrika ölkələrində üçtərəfli layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan son illərdə Afrika ölkələri ilə münasibətləri prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

“Azərbaycanın Afrika ölkələrinə ticarət-iqtisadi missiyalarının və qitədə həyata keçirdiyi layihələrin sayı artır. Bu istiqamətdə böyük potensial mövcuddur”, – Ceyhun Bayramov deyib.

Xarici işlər naziri Türkiyənin Afrikada ən geniş diplomatik və iqtisadi təmsilçiliyə malik ölkələrdən biri olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ayrı-ayrı Afrika ölkələrinin iştirakı ilə üçtərəfli layihələr həyata keçirə bilər.

Ceyhun Bayramov bildirib ki, Bakı və Ankara arasında diplomatik-siyasi əməkdaşlıq ikitərəfli münasibətlərlə məhdudlaşmır və regional ölkələrin iştirakı ilə üçtərəfli, eləcə də dördtərəfli formatları da əhatə edir.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər