Bu şəxslər üçün gediş haqqı daha az olacaq

Artıq tələbələr “BakıKart” üzrə gediş haqqını “TələbəPlus” kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər.

Bu barədə Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Bonus həm fiziki “TələbəPlus” kartı, həm də QR-ödənişləri zamanı keçərlidir.

Beləliklə, ilin sonunadək tələbələr “BakıKart” üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində gündəlik say limiti olmadan geri qazana biləcəklər.

Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən istifadəyə verilən “TəhsilPlus” kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. “TəhsilPlus” istifadəçiləri “City Card” və “BakıKart” üzrə QR-ödənişlərində 10% endirimdən yararlana bilirlər.

MənbəOXU.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər