Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

Ukraynanın 2027-ci il üçün dövlət büdcəsində xərclərin gəlirləri təxminən 36 milyard dollar üstələyəcəyi gözlənilir.

Bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radaya təqdim etdiyi dövlət büdcəsi layihəsində bildirilir.

Sənədə əsasən, gələn il ölkənin beynəlxalq maliyyə dəstəyinə ehtiyacı 52,6 milyard dollar təşkil edəcək. Vəsaitlərin Avropa İttifaqı, G7 ölkələri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Birləşmiş Krallıq və digər tərəfdaşlardan cəlb edilməsi planlaşdırılır.

Büdcə layihəsində müdafiə xərcləri üçün 4,885 trilyon qrivna (109,6 milyard dollar) vəsait nəzərdə tutulub.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər