Azərbaycan gələn il 2,2 milyard manat borc qaytaracaq

2027-ci ildə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2,2 milyard manat olması nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər