Azərbaycanda avtobusla daşımalar 11%, taksi ilə daşımalar 7% artıb

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat sektoru üzrə cəmi 1 milyard 491 milyon  sərnişin daşınıb.

Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çoxdur.

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 142 milyon 610,2 mindən 141 milyon 587,2 minə düşərək 0,7% azalıb.

Cəmi avtomobil daşımaları 1 milyard 208 milyon  1 milyard 339 milyon qalxaraq 11% artıb.

Avtobuslardan istifadə edənlərin sayı 1 milyard 154 milyon 1 milyard 281 milyona yüksəlib (11% artım).

Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı isə 54 milyon 448 mindən 58 milyon 205 minə çatıb (7% artım).

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər