21.6 C
Baku
Monday, October 7, 2024

ABŞ-da açıqlanan məşğulluq göstəriciləri dolları daha da bahalaşdırır

ABŞ-da kənd təsərrüfatı istisna olmaqla iyul ayı üçün məşğulluq göstəricisi proqnozlaşdırılan 170 000 əvəzinə 217 000 nəfər səviyyəsində açıqlanıb. “Bloomberg” agentliyinin verdiyi xəbərə görəxəbər verir ki, bu göstərici investorla tərəfindən xüsusi diqqətlə izlənilib. İnvestorlar bu göstəricinin proqnozlara uyğun açıqlanması halında ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini sentyabr ayında artıracağına tam əminliklə baxırlar.

Qeyd edək ki, göstəricinin açıqlanmasından sonra avro dollarla müqayisədə 1,1160 USD/EUR səviyyəsindən qısa müddət ərzində 0,7% möhkəmlənərək 1,1080 USD/EUR-a, ingilis funtu isə dollara qarşı 0,75% – 1,3070 USD/GBP səviyyəsinə kimi geriləyib.

“Report”un analitik qrupu ABŞ dollarının sentyabrın 26-27-də FES-in növbəti iclasına qədər dünyanın əksər valyutaları ilə müqayisədə möhkəmlənəcəyini proqnozlaşdırır. Təbii ki, bu proses Azərbaycanda da dolların manatla müqayisədə məzənnəsinin artmasına və 1,80 AZN/USD səviyyəsinə yaxınlaşmasına səbəb olacaq.

 

Son xəbərlər
Digər xəbərlər