Əsas vəzifə və öhdəliklər
- Qanunvericiliyə uyğun olaraq müvafiq məlumat və hesabatların tənzimləyici və dövlət orqanlarına təqdim olunması (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu, Vergilər Nazirliyi və s)
- Vergi uçot işinin təşkili və optimallaşdırılması
- Maliyyə və vergi üzrə uçotun müqayisəli şəkildə açıqlanması
- Bankın vergilər üzrə şəxsi hesab vərəqəsinə vergi orqanı tərəfindən işlənilmiş məlumatların (vəsait) bank tərəfindən ödənilən vəsaitlərlə uyğunluğunun yoxlanılması, mümkün uyğunsuzluğun aradan qaldırılması
- Bank tərəfindən vergilərin qanunvericiliyə uyğun olaraq hesablanaraq vaxtında ödənilməsinə nəzarət olunması
- Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin vergi uçotu üzrə reyestrindəki məlumatların (köhnəlmə, təqdim olunma və ya silinmə, təmir norması və s.) vergi məcəlləsində bu uçota aid maddələrin tələbinə uyğun yoxlanılması və düzgünlüyünün təmin edilməsi
- Digər fondlara (DSMF) əmək haqqı üzrə tutulmaların yoxlanılması və düzgünlüyünü təmin edilməsi
- İlin yekunu üzrə audit şirkəti tərəfindən hazırlanmış Maliyyə hesabatlarının yoxlanılması və lazımı düzəlişlərin edilməsi və s.
Seçim meyarları
- Ali təhsil (maliyyə/iqtisadiyyat və ya BBA/MBA)
- Bank sahəsində baş mühasib vəzifəsində 3 il iş təcrübəsi
- Azərbaycan dili – əla, rus və ingilis dilləri – yaxşı
- MS Office proqramları ilə işləmə bacarığı
- Yüksək təhlil qabiliyyəti
- Təzyiq altında işləmə bacarığı
İş şərtləri
- Iş vaxtı: 5 iş günü, 09.00-18.00
- İş yeri: Baş Ofis
- Əmək haqqı: təcrübədən asılı olaraq
Müraciət üçün son tarix: 21/08/2016
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Baş mühasib sözünü qeyd etməyi unutmayın!