10 C
Baku
Friday, December 13, 2024

Dövlət və Mərkəzi Bank borclanmasında maraqlı nəticə

Mərkəzi Bank (AB) tərəfindən son hərracda cəlb olunan 30 günlük depozitin gəlirliliyi 9,49% olub. Maliyyə Nazırliyi tərəfindən cəlb olunan 182 günlük istiqrazların gəlirliliyi isə 9,25%-dir.

Bu barədə kapital bazarları üzrə ekspert Cəfər İbrahimlideyib.

“Maliyyə Nazırliyi tərəfindən cəlb olunan 364 günlük istiqrazların gəlirliliyi 9,52%. Müddətlər fəqli olsa da gəlirlilik bərabərləşib, amma heç bir alət üzrə nəzərdə tutulan həcmdə yerləşdirmə olmayıb”.

“Əslində manat üzərində davam etdiyi üçün daha uzunmüddətli alətlər üzrə təklif olunan gəlirlilik yüksək ola bilər, ancaq hələlik dövlət borclanmasının maliyyəsi uçot dərəcəsi civarında olması düşünülür. İnvestorlar tərəfindən istiqrazlar üzrə yüksək gəlirlilik tələb olunsa da, MN bu tələbi qarşılamayıb”, – deyə ekspert Oxu.Az-a bildirib.

Son xəbərlər
Digər xəbərlər