10 C
Baku
Wednesday, December 11, 2024

Bank məzənnə iddiasına cavab verdi

Azər Türk Bank ABŞ dollarının bu bankda rəsmi məzənnədən 8,2 % baha satılması ilə bağlı mətbuatda irəli sürülən iddialara aydınlıq gətirib. Bankın yaydığı açıqlamada bu məlumatın həqiqətə uyğun olmadığı bildirilib. Qeyd edilib ki, Azər Türk Bank valyuta satışını Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzərinə maksimum 4 % marja əlavə olunmaqla həyata keçirməkdədir.

Ödəniş kartları ilə konvertasiya əməliyyatları zamanı nağdlaşdırma həyata keçirilərkən də Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə əsas götürülür və bu növ əməliyyatlara 4 % həcmində konvertasiya (mübadilə) komisyonu tətbiq olunur. Ödəniş kartları üzrə nağdsız alış-veriş (POS-Terminallar və ya internet vasitəsilə) əməliyyatları zamanı isə konvertasiya yenə də Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi əsasında və üzərinə 0.50 % komissiya haqqısı əlavə olunmaqla həyata keçirilir. Bu səbəbdən də Azər Türk Bankın manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqlarını artırması və beləliklə kartla valyuta satışının guya rəsmi məzənnə üzərinə 8,2 % əlavə olunmaqla həyata keçirilməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Açıqlamada o da vurğulanıb ki, Azər Türk Bank Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə ciddi əməl edir və müştəri məmnuniyyətinə hər zaman böyük önəm verir.

Son xəbərlər
Digər xəbərlər