-1 C
Baku
Saturday, December 14, 2024

Banklar assosiasiyasının rəhbəri dollar satışında olan məhdudiyyətdən danışdı

Azərbaycan Banklar Assosasiyasının və RabitəBankın Müşahidə Şurasının rəhbəri  Zakir Nuriyev son zamanlar gündəmdən düşməyən mövzu – bankların dollar satışını məhdudlaşdırmasından söz açıb. Onun sözlərinə görə, banklar dollar satışını ona görə məhdudlaşdırırlar ki, xarici valyuta tələbatı ödənmir.

Qeyd edək ki, son günlər manatın qiymətdən xeyli düşməsi əhali arasında müəyyən ajiotaj yaratmışdır və əhalidə öz növbəsində banklardan dollar almağa üz tutmuşdurlar. Lakin tələbi qarşılaya bilməyən banklar , dollar satışını demək olar ki dayandırmışdırlar.

Zakir Nuriyev onuda əlavə etmişdirki, bankların hazırda xarici valyuta ehtiyatları azdır və əgər bankların dollar vəsaiti olsaydı, onları əhaliyə satardılar. Valyuta dəyişmə əməliyyatı banklar üçün əlavə gəlir mənbəyidir.

O həmçinin bəzi banklar tərəfindən kartlar üzrə konvertasiya faizlərinin artımınada münasibət bildirərək demişdirki , bu addım spekulyativ addımların qabağını almaq üçündür. Bəzi şəxslərın manat kartlarının olmasına baxmayaraq, pulu nağdlaşdıran zaman onlar vəsaiti dollarda çıxarırlar. Bu səbəbdən banklar kart əməliyyatları üzrə konvertasiya faizlərini qaldırmışdırlar. Onun sözlərinə görə, bu faiz Mərkəzi Bank tərəfindən təyin olunan 4% koridoruna aid deyil və banklar məzənnənin təyini zamanı gözləməli olduğu qayda bu əməliyyatlara aid deyildir.

Son xəbərlər
Digər xəbərlər