18 C
Baku
Friday, November 22, 2024

Forex: Yeni başlayanlar nələri bilməlidir?

Forex bazarı ilə yeni maraqlanmağa başlayanlar üçün ilk əvəzedilməz köməyi uğurlu şəkildə seçilmiş broker edə bilər. Broker ticarət platforması haqqında məlumatlandırmaqla yanaşı, yeni başlayan şəxsi bir sıra öyrədici arxiv materialları ilə də təmin edəcək.

Lakin nəzəri materialları öyrənmək üçün yalnız bir günlə kifayətlənə bilməyəcəksiniz. Bu səbəbdən də Forexə yeni qoşulan istənilən şəxsin bir neçə baza məsləhətləri ilə yaxından tanış olmasında fayda var. Bu məsləhətlər isə ticarət prosesi tez bir zamanda asan xarakter alacaq.

Forexdə işləmək üçün 3 vacib məsləhət:

İşə brokerin tərəfindən təqdim edilən demo-hesablar ilə başlayın. “Məşq meydançasında” keçirdiyiniz bir neçə gün heç bir halda sizə zərər vurmayacaq. Lakin bununla belə platformada sizə aydın olmayan məqamlar ilə yaxından tanış olacaqsınız.
Tələsməyin. Hətta təlim prosesinin həddindən artıq ləng etməsini hiss etsəniz belə, yeni biliklər əldə etmək cəhdinizdən imtina etməyin və bəxtəbəxt yatırımlara can atmayın. Bu halda pullarınızı itirmək ehtimalı böyükdür və artıq bu zaman əldə etdiyiniz nəzəriyyəni təcrübədə necə tətbiq edəcəyinizin heç bir mahiyyəti qalmayacaq.
Dövriyyəyə həddindən artıq çox pul buraxmayın. Heç bir treyder tam olaraq zərərsiz ticarət prosesi ilə bağlı öyünə bilməz. Uğursuzluq hər kəsin qarşısına çıxır. Vacib olan gəlirinizin itkilərinizdən çox olmasıdır. Bu isə o deməkdir ki, kiçik məbləğlərlə çox saylı yatırım etmək, iki-üç böyük əməliyyat ilə çox gəlir əldə etmək cəhdlərindən daha sərfəli və faydalıdır.

PAMM-hesablar gəlir mənbəyi kimi:

Forex bazarının sadə qaydalarına riayət etməklə kiçik də olsa, müəyyən gəlir əldə etmiş olacaqsınız. Lakin bəzi treyderlər öz güclərinə o qədər inamsızlıq hiss edirlər ki, hətta ən kiçik əməliyyatları belə reallaşdırmaqdan çəkinirlər.
Bu halda PAMM-hesabları nəzərdən keçirməkdə fayda var. Bu hesabların mahiyyəti ondan ibarətdir ki, müəyyən məbləğ artıq uzun müddətdir Forex bazarında uğurla ticarət aparan hər hansı bir professional treyderə həvalə edilir və sizin gəlirlərinizlə o məşğul olmağa başlayır. Forexdə bu tip iş sxemi fərdi ticarət həyata keçirməkdən daha az marağa səbəb olsa da, son nəticədə hesabınızı zənginləşdirməyə yardım edə bilər.

Son xəbərlər
Digər xəbərlər