Üzün tanınması texnologiyası bankın biznes-müştərilərinə hesab açmağa imkan verəcək.
Böyük Britaniyanın HSBC bankının biznes-müştəriləri üzün tanınması texnologiyası vasitəsilə bankda hesab yarada biləcəklər.
Mobil tətbiqetmənin iş prinsipi belədir: müştəri öz fotosunu və yaxud selfisini yükləyir. Bunun ardınca isə tətbiqetmə bu təsviri əvvəlcə təqdim edilən şəxsiyyət vəsiqəsindəki və yaxud sürücülük vəsiqəsindəki şəkil ilə müqayisə edir. Tətbiqetmə 150-dən çox ölkədə mövcud olan sənədləri tanıya və yoxlaya bilir.
HSBC bankının kommersiya bankçılığı şöbəsinin rəhbəri Riçard Deyvis iddia edir ki, hazırda HSBC bankında mövcud olan biznes hesabların demək olar ki, yarısı online şəkildə yaradılıb. 2013-cü ildə bu göstərici cəmi 10% idi.
Qeyd edək ki, HSBC fevral ayında Böyük Britaniyada 15 milyon müştəri üçün səsin tanınması xidməti və barmaq izlərinin skan edilməsi xidmətinin yaradılması haqqında planlarını elan etmişdi.








