14 C
Baku
Thursday, October 31, 2024

Beynəlxalq Sığorta Şirkəti İddialar departamentinin yerini dəyişib

“Beynəlxalq Sığorta Şirkəti” ASC (BSŞ) Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, 17/26 ünvanındakı (metronun “Xətai” stansiyasının yaxınlığındakı) İddialar departamentinin yerini dəyişib.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, hazırda departament BSŞ-nin baş ofisində, Cəfər Cabbarlı küçəsi, 56 ünvanında yerləşir. Sığorta hadisələri ilə bağlı müraciətlər də burada qəbul edilir. Yerdəyişmə şirkətin xərclərinin optimallaşdırılması çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər