Vergilər Nazirliyi vergi borcuna görə daha 13 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb.
Vergilər Nazirliyindən SalamNews-a verilən məlumata görə, bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 785-dan 798-ə çatıb. Onlardan 337 nəfər fiziki, 461 isə hüquqi şəxslərdir
Qeyd edək ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.