12 C
Baku
Saturday, November 23, 2024

İnvestorların fond bazarında yol verdiyi strateji səhvlər

Təcrübəli investor olmaq üçün heç də hər dəfə səhvlər üzərində təcrübə qazanıb, ciddi itkilərə yol vermək məcbur deyil. Yaxşı olar ki, öz pulqabını qoruyaraq, digərlərinin səhvlərindən öyrənəsən. Fond bazarında işləmək həmişə risk deməkdir, ona görə də tamamı ilə itkisiz ötünmək qeyri-mümkündür. Amma yenə də bəzi çox yayılmış səhvlərdən yayınmaq mümkündür.

1. Kapitalın idarə edilməsinsə səhvlər

Balanslaşdırılmamış portfel. Stabil ticarəti təmin etmək üçün kapitalı müxtəlif aktivlər arasında bölüşdürmək lazımdır. Bir alətlərdəki uğursuzluqlar və boşluqlar, digərlərindəki gəlirlər hesabına kompensasiya oluna bilər.

Risk/gəlirlilik nisbətinə fikir verilməməsi. Bu parametrin hesablanması təxmin edilən zərərin, təxmin edilən gəlirə nisbəti kimi təyin olunur. Nəticə nə qədər kiçik rəqəm olarsa, sövdə ilə bağlı investisiya riski bir o qədər az olar. İstənilən halda planlaşdırılan mənfəət ehtimal edilən itkini 3 dəfə üstələməlidir.

Riskə nəzarət amilinə məhəl qoyulmaması. İnvestor iki vacib qərar qəbul etməlidir: 1) bir sövdə daxilində risk etməyə hazır olduğu kapital miqdarı 2) ümumiyyətlə botun sövdələrdə riskə getməyə hazır olduğu kapital məbləği.

2. İnvestorların strateji səhvləri

Ticarət strategiyasının yoxluğu. Bütün qəbul edilən qərarlar konkret bazar qanunauyğunluqlarına əsaslanmalıdır. Ticarət strategiyası –bu qanunauyğunluqları (trendlər, korrektələr, dəhlizlər) tapmağa imkan verən qaydalar toplusudur. Belə olduqda investor öz qərarlarının nəticəsini öncədən təsəvvür edərək hərəkət edir.

Alıcılıq (xərclərini çıxarma) müddətinə məhəl qoymamaq. Bu parametr strategiyanın analizinin gedişində müəyyən olunur. Geriyə alınma müddəti bir neçə üsulla azaldıla bilər: qrafik zaman miqyasının kiçildilməsi, hər iki tərəfə ticarət, sistem portfelindən istifadə etməklə.

Diversifikasiyanın olmaması. Hətta ən uğurlu strategiya bazar şəraitinin dəyişdiyi halda itki verməyə başlaya bilər. İtkidən yayınmaq üçün kapitalı müxtəlif valyutalar (qiymətli kağızlar) və birja strategiyaları arasında bölüşdürmək lazımdır. Belə halda itki ehtimalı nəzərə çarpacaq qədər azalır.

Son xəbərlər
Digər xəbərlər