Noyabrın 27-də, saat 10:00-da “Bakıinşaatsənaye” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetik küçəsi,5 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə müəssisənin Müşahidə Şurasının (MŞ), İdarə Heyətinin (İH) və Təftiş Komissiyasının yenidən formalaşdırılması, nizamnaməsinə dəyişiklik edilərək İH-nin təyin edilməsi və vəzifədən azad olunması səlahiyyətinin MŞ-ya verilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Bakıinşaatsənaye” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 260 726 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 130 363 səhm əsasında formalaşıb. Hazırda “Bakı Fond Birjası” QSC-də ASC-nin səhmləri üzrə market-meyker olan “Azfinance İnvestisiya Şirkəti” QSC qiymətli kağızları 2,2 manata alır, 2,31 manata satır.
Məlumatı Report agentliyi yayıb.